Qranit Caka İstanbul nəhənginə transfer ola bilər
"Bayer"in isveçrəli futbolçusu Qranit Caka karyerasını Türkiyə Süperliqasında davam etdirə bilər.
Sportline.az jurnalist Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, "Qalatasaray" Cakanı transfer etmək üçün hərəkətə keçib.
32 yaşlı yarımmüdafiəçinin "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Caka bu mövsüm çıxış etdiyi 45 matçda 2 qol və 7 asistlə yadda qalıb.