Qrizmann Valverde ilə Simeoneni müqayisə edib

“Atletiko”dan “Barselona”ya transfer olan Antuan Qrizman hər iki komandanın baş məşqçisini müqayisə edib.

Sportline.az xəbər verir ki, onun sözlərinə görə Dieqo Simeone Ernesto Valverdedən daha əsəbidir.

“Hər iki baş məşqçi bir-birindən çox fərqlənir. Məsələn, Simeone çox qışqırır. Amma Valverde daha sakitdir. Üstəlik qərarları daha dəqiqdir və komandadan nə istədiyini çox yaxşı bilir”.