Kuarejma: "Beşiktaş"dakı dövr unudulmaz idi"
Məşhur futbolçu Rikardu Kuarejma keçmişindən danışıb.
Sportline.az "Hürriyet"e istinadla xəbər verir ki, "Beşiktaş"ın sabiq futbolçusu həmin dövrü unutmadığını bildirib.
"Beşiktaş"dakı dövr unudulmaz idi. Avrokuboklarda, ölkə çempionatında şou göstərirdik. Müxtəlif baş məşqçilərlə çalışdım. Hamısı mənə inanırdı. Layyiqli mübarizə aparırdıq. Son damla tərimizə qədər meydanda vuruşurduq" - deyə Kuarejma bildirib.