Qurban Qurbanov sualları cavablandıracaq

Avropa Liqasının seçmə mərhələsinin "Qarabağ" - "Vestri" görüşündən əvvəl mətbuat konfranslarının vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah saat 19:15-də “Azərsun Arena”da media qarşısına  çıxacaq. Komandanın son məşqi isə konfransdan 15 dəqiqə sonra start götürəcək. 

"Vestri"nin çalışdırıcısı Daniel Osafo-Badunun mətbuat konfransı həmin gün saat 17:30-da Tofiq Bəhramov adına stadionda olacaq. Komandanın məşqi isə saat 18:00-da başlanacaq. 

Hər iki məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Vestri" oyunu saat 20:00-da başlanacaq. 

Banner