Qurban Qurbanovun köməkçisi "Hal Siti"də
İngiltərənin "Hall Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq.
41 yaşlı ispaniyalı ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb.
41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi olub.