Qvardiola: "Kevin de Brüyne hələ hazır deyil"

Pep Qvardiola futbolçusu Kevin de Brüynenin səhhəti ilə bağlı açıqlama verib.

Sportline.az məşhur insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, "Mançester Siti"nin çalışdırıcısı təcrübəli futbolçu sağalmasının 3-4 ay çəkəcəyini bildirib.

“Kevinin vəziyyəti yaxşıdır, lakin o, hələ hazır deyil və biz onu sağalmağa məcbur etməyəcəyik. Tələsmək olmaz. Belə hallarda tələsməmək daha yaxşıdır. Növbəti addım yalnız iki həkimin və Kevinin özünün icazəsi ilə mümkündür”, - deyə Qvardiola bildirib.