Qvardiola: "Messi üçün ayrıca "Qızıl top" olmalıdır"

“Qızıl topun iki versiyası olmalıdır: biri Messi üçün, digəri hamı üçün".

Sportline.az xəbər verir ki, "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola bunu BBC-yə bildirib.

"Belə olduqda, Haaland "Qızıl top"u qazanmalıdır. Bəli. Biz trebl etdik və Haaland 50-dən çox qol vurdu. Messinin ən pis mövsümünün göstəriciləri bütün digər oyunçular üçün ən yaxşı mövsümün göstəriciləridir”, - deyə Qvardiola əlavə edib.

Qeyd edək ki, Messi növbəti qızıl topa əsas namizəddir.