Qvardiolanın gözü "Porto"nun futbolçusuna düşüb

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Porto"nun qapıçısı Dioqo Kostanı komandasında görmək istəyir.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

25 yaşlı kiperin "Porto" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Dioqo Kosta bu mövsüm çıxış etdiyi 41 matçda qapısında 44 top görüb.