Qvardiolanın Virts planı
"Mançester Siti" "Bayer"in almaniyalı futbolçusu Florian Virtsi heyətinə qatmaq istəyir.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, Qvardiola Virtsin transferini rəhbərliktən tələb edib.
Almaniya klubu 21 yaşlı futbolçu üçün 140 milyon avro tələb edir.
Qeyd edək ki, Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 15 qol və 13 asistlə yadda qalıb.