Qvavrdiola: "Çelsi"də işlər qaydasına düşür"
İngiltərə Premyer Liqasında "Çelsi" - "Mançester Siti" matçında 8 qol vurulsa da, qalib üməyyənləşməyib: 4-4.
Sportline.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Pep Qvardiola jurnalistlərə açıqlama verib.
"Əla oyun oldu. 8 qol izlədik. Amma təəssüf ki, xırda səhvlər xal itkisinə səbəb oldu. "Çelsi" çox yaxşı oynadı. Deyəsən "Çelsi"də işlər qaydasına düşür" - deyə Qvardiola mətbuat konfransında bildirib.