Rafael Onyedika karyerasını Türkiyə Super liqasında davam etdirə bilər

"Qalatasaray" klubu "Brügge"də çıxış edən Rafael Onyedika üçün təklif göndərib. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi üçün "Brügge" klubu ilə danışıqlara başlandığı bildirilib.

"Qalatasaray" kulubu Konfrans liqasının qrup mərhələsində "Beşiktaş"a qol vuran gənc futbolçu üçün təklif göndərib,

Qeyd edək ki,  Rafael Onyedika bu mövsüm "Brügge" forması ilə çıxdığı 28 oyunda 1 qol, 1 asistlə yadda qalıb.