Rafael Van der Vaart: “Ronaldo çox eqoist insandır”

“Real Madrid”in niderlandlı sabiq futbolçusu Rafael Van der Vart Kriştiano Ronaldo haqqında danışıb.

Sportline.az “Mais futebol” nəşrinə istinadən xəbər verir ki, R.Van der Vart portuqaliyalı ulduzu eqoist adlandırıb.

“Kriştiano Ronaldo çox eqoist idi, 6:0 hesabı ilə qalib gəlsək və o qol vurmasaydı, xoşbəxt olmazdı. Əgər oyunda uduzduqsa və o, iki qol vurdusa, onun üçün yaxşıdı. Onun yeganə qayğısı qol vurmaq idi”, - deyə Rafael Van der Vart bildirib.