Raket atəşinin mane olduğu İsrail millisini "Mossad" da qoruyur
Futbol üzrə İsrail millisi AVRO-2024-ün seçmə mərhələsində Kosovo ilə oyuna görə yola düşə bilməyib.
Sportline.az SE-yə istinadla xəbər verir ki, buna səbəb uçmazdan əvvəl raket atəşinə görə Tel-Əviv hava limanının səfərlərini dayandırmaq məcburiyyətində qalması olub.
Hətta bombardmandan qorunmaq üçün israilli futbolçular sığınacaq axtarıblar. Onlar avtobusu tərk edərək magistral baryerin arxasında gizləniblər. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, son məşq zamanı və oteldə İsrail millisini yüzlərlə polis və xüsusi təyinatlılar qoruyacaq. Bundan əlavə, komandanı kəşfiyyatçı birlik (Mossad) və əks-kəşfiyyat birliyi (Şin Bet) müşayiət edir.