Rakitiç "Barselona"dan ayrıla bilər

"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu İvan Rakitiçin əlverişli təklif qarışılığında komandadan ayrılmasına icazə verib.

Sportline.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu masələ barədə klubun idman direktoru Xose Sequroyla görüşüb.

Qeyd edək ki, Rakitiçin İspaniya klubunda qalmaq istədiyi iddia olunur. Onunla "Mançester Yunayted" və "İnter" klublarının maraqlandığı bildirilir.