Ramil Şeydayev yeni komandasının düşərgəsində
Millinin hücumçusu Ramil Şeydayev yeni komandası “Kocaelispor” klubunun düşərgəsindədir.
Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisinin bugünkü məşqinə qatılıb.
O, çempionatın növbəti turunda “Eyüpspor”la keçiriləcək görüşə Körfəz Brunqa bazasında hazırlaşan kollektivlə ilk məşqə çıxıb.
Tailandın “Buriram Yunayted” klubundan transfer olunan forvardın müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, XIX turun “Kocaelispor” – “Eyüpspor” oyunu yanvarın 20-də keçiriləcək.
Kocaeli təmsilçisi 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.