"Rapid" - "Neftçi" görüşünün hakimi bilindi
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Rapid” – “Neftçi” oyununun hakimləri açıqlanıb.
Sportline.az xəbər verir ki, avqustun 11-dəki cavab matçını norveçli ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Rohit Saggi olacaq. Ona Geir İsaksen və Morten Yensen kömək edəcək. Dördüncü hakim funksiyasını Sivert Oksnes Amland yerinə yetirəcək.
Saat 22:30-da başlanacaq oyun “Veststadion”da keçiriləcək.