Raspadoridən Xviçaya tərif
"Napoli"nin "Verona"nı məğlub etməsi barədə xəbər vermişdik.
Sportline.az xəbər verir ki, Neapol təmsilçisinin hücumçusu Cakomo Raspadori bu barədə "Football Italia"ya danışıb.
“Bu, çox vacib qələbədir, lakin biz daha bir neçə qol vurub qapını təmiz saxlaya bilərdik, qoldan qaçmaq olardı. Biz bu oyundan dərs almalıyıq. Xviça kimi keyfiyyətli komanda yoldaşlarına sahib olmaq, şübhəsiz ki, kömək edir. Düşünürəm ki, bu gün etdiyimiz ən vacib işlərdən biri bir-birimiz üçün fədakarlıq etmək idi, biz hamımız birlikdə çalışdıq”, - Raspadori bildirib.