Ratkeviç: "Anlaya bilmirəm, niyə uduzdum"

"Bu rəqibi 8:0 hesabı ilə üstələmişdim. İndi isə uduzdum. Axı, necə ola bilər, əvvəl udasan, sonra məğlub olasan? Qələbəni rəqibə necə hədiyyə etmək olar?". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medalı son anda əldən verən güləşçimiz Yuliya Ratkeviç deyib.

Qələbə üçün əlindən gələni hər şeyi etdiyini deyən idmançı: "Görəsən, başqa nə etməli idim? Hərəkət edirdim, hücumlar qururdum... Anlaya bilmirəm, niyə uduzdum. Gərək, 3:0 irəlidə olarkən daha bir fənd işlədərdim. Onda hər şey daha yaxşı olardı. Məğlub olmazdım", - deyə qeyd edib.

Xatırladaq ki, Yuliya Ratkeviç bürünc medal uğrunda görüşdə sona bir neçə saniyə qalmış qələbəni əldən verib.

Səmayə Məmmədova (GİN-in mətbuat katibi)