Raysdan 1 xala şərh
Bu gün İngiltərə Premyer Liqasında "Çelsi" - "Arsenal"la heç-heçə edib - 2:2.
Sportline.az xəbər verir ki, oyunun qəhrəmanlarından Deklan Rays bu barədə BBC-yə bildirib.
“İlk hissə səhvlərimiz baxımından bu mövsüm ən pisi oldu. 0:2 hesabı ilə məğlub olanda ürəyinlə oynamaq, xarakter göstərmək asan deyil. Mübarizə etməli, düzgün münasibət qurmalısan. Bu, yaxşı geridönüş idi”, - deyə Rays BBC-yə açıqlama verib.
21 xalı olan "topçular" ikinci pillədə qərarlaşıblar. "Zadəganlar"ın isə cəmi 12 xalı var.