"Real" 1 xalla kifayətləndi

İspaniya La Liqasında təxirə salınan görüş keçirilib. SportLine.az xəbər verir ki, Madrid "Real"ı "Vilyarreal"ın qonağı olub.

Gərgin keçən mübarizədə azarkeşlər 4 qola şahidlik ediblər. Meydan sahibləri 82-ci dəqiqədə Santi Kazorlanın vurduğu qolla məğlubiyyətdən qurtulublar.

Bu nəticə ilə "Real" 4-cü pillədə qalıb. "Vilyarreal" isə 17-cidir.

04 dekabr 2018
La Liqa
Təxirə salınan oyun

"Vilyarreal" - "Real" Madrid - 2:2
QOLLAR:
Santi Kazorla, 4 (1:0); Kərim Benzema, 7 (1:1); Rafael Varan, 20 (1:2); Santi Kazorla, 82 (2:2)

Standings provided by Sofascore LiveScore