"Real" autsayderə uduzdu

İspaniya çempionatının 35-ci turunda maraqlı nəticələr qeydə alınıb.

Sportline.az xəbər verir ki, yarış cədvəlinin autsayderi “Rayo Valyekano” “Real"ı (Madrid) qəbul edib. Güclü rəqibilə başabaş mübarizə aparan meydan sahibləri ilk hissədə hesabı açıblar. 23-cü dəqiqədə Adri Embarba penaltini dəqiq yerinə yetirib.

Fasiləyə minimal hesabla üstün yollanan "Rayo Valyekano” ikinci hissədə də qapısını toxunulmaz saxlayıb. Qələbə qazanan meydan sahibləri son pillədən xilas olublar. “Rayo Valyekano” 31 xalla 19-cu pilləyə yüksəlib. Hesabında 65 xal olan “Real” ilk üçlüyü tamamlayır. Lider “Barselona” isə sona 3 tur qalmış çempionluğu təmin edib.