"Real" Azarı təqdim etdi

"Real"ın yeni transferi Eden Hazardın təqdimetmə mərasimi maraqlı görüntülərlə yadda qalıb.

Sportline.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən və 50 min azarkeşin izlədiyi mərasimdə belçikalı yarımmüdafiəçi topla şou göstərib.

Qeyd edək ki, Madrid təmsilçisi "Çelsi"dən 100 milyon avroya transfer etdiyi Hazardla 5 illik müqavilə imzalayıb.