"Real" "Barselona"nı məğlub edib liderliyə yüksəldi

İspaniya La Liqasında 26-cı turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, turun mərkəzi oyununda "Real" "Barselona"nı qəbul edib. "El Klasiko"da Madrid təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

"Real" qələbə sayəsində turnir cədvəlində liderliyə yüksəlib. "Kral klubu"nun 56 xalı var. "Barselona" 55 xalla 2-cidir.

"Real" - "Barselona" - 2:0

Qollar: Vinisius Junior, 71, Mariano Dias, 90+1