"Real Betis"dən PSJ-yə 22 milyon avro

Cari mövsümün əvvəlindən "Real Betis"də icarə əsasında çıxış edən Covani Lo Çelso artıq İspaniya klubuna məxsusdur.

Sportline.az xəbər verir ki, əndəlislilər bu transfer üçün "Pari Sen-Jermen"ə 22 milyon avro verib. Argentina seçməsinin üzvü ilə imzalanan müqavilənin müddəti 2023-cü ilədəkdir.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm İspaniya çempionatında 27 oyunad 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.