"Real" "Çelsi" ilə razılığa gələ bilmir

"Real"ın Eden Azarın transferi ilə bağlı səyləri davam edir. SportLine.az xəbər verir ki, Belçika millisinin üzvünü razı salan Madrid təmsilçisi "Çelsi" ilə razılığa gələ bilmir.

"Mail"in məlumatına görə, "zadəganlar" E.Azarın keçidi üçün 100 milyon funt-sterlinq tələb edirlər. "Real" isə 28 yaşlı hücumçu üçün bu qədər məbləğ ödəmək istəmir. "Kral klubu" İsko, və ya Marko Asensionu "Çelsi"yə təklif etməyə hazırlaşır. 

Tərəflər arasında razılıq əldə olunsa, "Real" 100 milyon funt-sterlinq daha az məbləğ və təklif olunan futbolçulardan birinin əvəzinə, E.Azarı heyətinə qatacaq.

Qeyd edək ki, bir neçə gün öncə yayılan xəbərlərdə E.Azarın yay transfer pəncərəsində "Real"a keçəcəyi bildirilib.