"Real Madrid" daha bir gənc futbolçunu heyətinə qatmağa hazırlaşır
"Real Madrid" klubu 17 yaşlı gənc futbolçu Endrikin transferində maraqlıdır.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, braziliyalı futbolçunun artıq İspaniyaya gəldiyi bildirilib. "Real Madrid"klubu gənc futbolçunu kulub və futbolçularla tanış etmək üçün gətirib.Endrikin "kral" klubuna keçidi yanvar ayında gerçəkləşəcək.
"Real Madrid" futbolçu üçün "Palmerias" kulubuna 17 yaşlı mərkəz hücumçusu Endrik üçün 45 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Endrik "Palmerias" kulubu ilə çıxdığı 53 oyunda 14 qol, 1 asistlə yadda qalıb.