“Real Madrid” PSJ-nin ulduzu üçün hərəkətə keçdi

İspaniya nəhəngi Real Madrid, yay transfer dönəmində mümkün bir transferdən əvvəl PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya ilə ciddi şəkildə maraqlanır.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu “Bayern Münhen”in Maykl Olise üçün danışıqlardan imtina etdiyini açıq şəkildə bildirməsindən sonra, diqqətini gürcü futbolçuya yönəldib.

Kral klubunun rəhbərliyinin Kvaratsxeliyanı yay transfer planında əsas hədəflərdən biri kimi qiymətləndirdiyi bildirilir.

Qeyd edək ki, gürcü futbolçu 2025-ci ilin yanvarından fransa təmsilçisində çıxış edir. O ötən mövsüm çıxdığı 55 matçda 20 qol, 12 asistlə yadda qalıb.

Müqavilə müddəti 2029-cu ilin 30 iyun tarixinədək qüvvədədir. Kvaranın transfer dəyəri 140 milyon avro təşkil edir.

Banner