"Real" Qitələrarası Kubokun sahibi olub

"Real Madrid" klubu Qitələrarası Kubokun sahibi olub.

Sportline.az xəbər verir ki, "Kral klubu" Qətərdə baş tutan həlledici görüşdə Meksikanın "Paçuka" kollektivini üstələyib - 3:0.

Madridlilərin heyətində Kilian Mbappe (37), Rodriqo (53) və Vinisius Junior (84) fərqlənib.

Qeyd edək ki, "Real" tarixində dördüncü Qitələrarası Kuboka sahib çıxıb.