"Real" Ronaldusuz zəifdir" - Messi

"Real" dünyanın ən yaxşı klublarındandır. Bu komandanın əla heyəti var. Amma Ronaldusuz zəifdir". SportLine.az xəbər verir ki, bu sözləri "Barselona"nın lideri Lionel Messi Katalonya Radiosuna müsahibəsində deyib.

Portuqaliyalı ulduzun "Yuventus"a gedişi dəyərləndirən futbolçu, "Bu gediş "Real"ı zəiflətdi. Amma "Yuventus" artıq Çempionlar Liqasının əsas favoritidir", - deyə bildirib.

Argentinalı ulduz, həmçinin, "Onu bir çox klub istəyirdi. "Yuventus"a keçidi məni təəccübləndirdi. Amma "Yuventus" da əla komandadır", - deyə fikrini tamamlayıb.

Xatırladaq ki, K.Ronaldu yay transfer pəncərəsində 112 milyon avro müqabilində "Real"dan "Yuventus"a transfer edilib.