"Real" Super Kuboku belə qazandı

Futbol üzrə İspaniya Super Kubokunun sahibi müəyyənləşib.
Sportline.az xəbər verir ki,  final matçında “Real”la “Atletiko” üz-üzə gəlib.
 
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən oyunun əsas və əlavə vaxtında hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Real” mükafata sahib çıxıb – 4:1.