"Real" yarımmüdafiəçisi ilə vidalaşdı

"Real" futbolçusu Lukas Silva ilə yolları ayırıb.

Sportline.az "AS" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Silva 2018/2019-cu illər mövsümünü icarə əsasında "Kruzeyro"da (Braziliya) keçirib. Onun Madrid klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatırdı.