"Real"dan "Çelsi"yə yeni təklif

"Real" Eden Azarı heyətinə cəlb etməkdə israrlıdır. SportLine.az xəbər verir ki, Madrid klubu futbolçunun məxsus olduğu "Çelsi"yə yeni təklif ünvanlamağa hazırlaşır.

"Metro"nun məlumatına görə, La Liqa təmsilçisi belçikalı forvardın əvəzində İsko və Mateo Kovaçiçi "zadəganlar"a təklif etmək niyyətindədir. Xəbərdə bu iki futbolçu ilə yanaşı, müəyyən bir məbləğin ödənilməsinin mümkün olduğu deyilib.

Kriştianu Ronaldunun gedişindən sonra hücum xəttində yaranan boşluğu E.Azarla doldurmaq istəyən "Real" rəhbərliyi cari mövsümün sonunadək "Çelsi" ilə razılıq əldə etməyi planlaşdırır.

Qeyd edək ki, E.Azar 2012-ci ildən London klubunun şərəfini qoruyur.