"Real"dan daha bir transfer

“Real” heyətinə daha bir futbolçu cəlb edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Santos”dan Rodriqo Qoeslə anlaşıb. 18 yaşlı braziliyalı hücumçu ilə sabah müqavilə imzalanacaq.

İspaniya mətbuatı “Real”ın bu transfer üçün Braziliya klubuna 45 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, “Real” yay fasiləsində Militao, Ferland Mendi, Luka Yoviç və Eden Hazardı da heyətinə qatıb.