"Real"dan "Vulverhempton"a

"Real" müdafiəçisi Xesus Valyexonu "Vulverhempton"a icarəyə verib.

Sportline.az xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, ispaniyalı futbolçu növbəti mövsümü Premyer Liqa təmsilçisində keçirəcək. 22 yaşlı oyunçu "canavarlar"ın yay transfer pəncərəsində heyətinə qatdığı ilk futbolçudur.

Qeyd edək ki, ötən mövsüm La Liqada 5 oyun keçirən Valyexo bir qol vurub.