"Real"ın futbolçusu 500-cü oyununa çıxdı

İspaniya kubokunun 1/8 finalında "Saraqosa" ilə matç (4:0) "Real"ın futbolçusu Marselo üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, braziliyalı müdafiəçi bu görüşlə Madrid klubunda 500-cü oyununa çıxıb.

O, ən çox "Real" formasını geyinən əcnəbi futbolçular sırasında ilk pillədə olan Roberto Karlosa (527  oyun) biraz da yaxınlaşb.

Qeyd edək ki, Marselo 2007-ci ildən "Kral klubu"nda oynayır.