"Real"ın futbolçusu "Sevilya"da

"Real" müdafiəçisi Serxio Reqilyonu icarəyə verib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu yeni mövsümdən "Sevilya"da çıxış edəcək. Onunla 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Serxio Reqilyon ötən mövsüm La Liqada 14 matçda iştirak edib.