"Real"ın futbolçusu yenidən "Levante"də

"Real" futbolçusu Borxi Mayoralı yenidən icarəyə göndərib.

Sportline.az xəbər verir ki, 22 yaşlı hücumçu növbəti mövsümü icarə əsasında "Levante"də keçirəcək. Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, B. Mayoral ötən mövsüm də icarə əsasında "Levante"də oynayıb.