"Real"ın futbolçusu "Yuventus" yolunda

"Real"ın yarımmüdafiəçisi Marko Asensionun madridlilərlə yollarını ayıracağı gözlənilir.

Sportline.az xəbər verir ki, o, karyerasını İtaliyada davam etdirə bilər. Bu haqda Tuttosport məlumat yayıb.

İspan futbolçunun "Yuventus"da oynamağa hazır olduğu bildirilir. İtaliyalı həmkarlarımızın fikrincə, azarkeşlərin Kriştiano Ronalduya göstərdiyi mehriban münasibət, Asensionun ürəyincə olub.

Asensio "Yuventus"un baş məşqçisi Massimiliano Alleqrinin rəhbərliyi altında daha yüksək inkişafa nail olacağına əmindir.