"Real"ın ulduzu zədədən döndü

"Real"ın futbolçusu Kərim Benzema zədəsini sağaldıb.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, fransalı hücumçu komanda ilə məşqlərə başlayıb. Onun İspaniya kubokunun 1/16 finalında "Unionistas"la matçda oynaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, Benzema İspaniya superkuboku öncəsi zədələnmişdi.

Xatırladaq ki, "Unionistas" - "Real" oyunu sabah keçiriləcək.