"Real"ın üzvü "Arsenal"da

"Real"ın yarımmüdafiəçisi Daniel Sebalyos növbəti mövsümü "Arsenal"da keçirəcək.

Sportline.az xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Unai Emeri məlumat verib. 22 yaşlı futbolçu ingilis klubunda icarə əsasında çıxış edəcək. Onunla 1 illik müqavilə bağlanıb. İspaniyalı oyunçu "Arsenal"da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sebalyos 2017-ci ildən "Real"da çıxış edir.