Recep Tayyip Erdoğan "Başakşehir"-"La Fiorita" oyununun 35-ci dəqiqəsində stadiona gəlib

"Başakşehir" Uefa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "La Fiorita" klubu ilə qarşılaşır.

Sportline.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğan görüşün 35-ci dəqiqəsində stadiona gələrək şərəf tribunasında öz yerini alıb.

Matçda ilk hissədən sonra hesab Türkiyə təmsilçisinin xeyrinədir.4-0.

Qeyd edək ki, qarşılaşma Fatih Terim adına Başakşehir stadionunda keçirilir.(İstanbul).