"Red Bull" komandası baş məşqçini məhkəməyə verib
Formula 1 "Red Bull" şirkəti baş məşqçi Kristian Horneri məhkəməyə şikayət edib.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 2005-ci ildən "Red Bull"da çalışan Kristian Hornerin komandada ayrılacağı və vəkillərin məsələni araşdırdığı bildirilib. Formula 1 şirkətinin bu addımı hansı səbəbdən atdığı isə sual altındadır.
Kristian Horner isə mediada yayılan xəbərlərin yalan olduğu barədə açıqlama verib. O bildirib ki, komanda rəhbərliyi ilə arasında heç bir problem yoxdur.
Qeyd deək ki, "Red Bull" şirkəti yeni avtomobilinin təqdimatını fevral ayının 15-də edəcəyini açıqlayıb.