Renat Dadaşov Edin Dzekoya qarşı
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Super Liqasında bu gün növbəti oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu komanda IX turda "Fənərbağça"nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, əvvəlki bütün matçlarda qələbə qazanan İstanbul təmsilçisi 24 xalla ikinci, "Hatayspor" isə 14 xalla beşinci pillədə qərarlaşıb.