Rəqib futbolçu Zidanın ağzına təpik vurdu
İspaniya La Liqasının 24-cü turunda ötən gecə keçirilən "Real" - "Selta" matçında (2:2) kuryoz hadisə yaşanıb.
Sportline.az xəbər verir ki, qonaqların futbolçusu Aydu topun yan xətdən çıxmasına mane olmaq istəyərkən təpiklə "Real"ın baş məşqçsi Zinəddin Zidanın ağzına vurub. Nəticədə fransalı çalışdırıcı yerə yıxılıb. Dərhal Zidanın ayağa qalxmasına kömək edən futbolçu ondan üzr istəyib. Zidan bu zərbədən xəsarət almayıb.