"Reşford Ronaldo və Messi kimi deyil"

"Mançester Yunayted"in əfsanəvi forvardı Endi Koul Markus Reşforddan danışıb.

Sportline.az xəbər verir ki, Koul bu barədə "Betfred"ə açıqlama verib.

"Keçən mövsüm onun performansı fenomenal idi. Amma ondan iki il əvvəlki performansına baxsanız, indiki zəif görünür. Lionel Messi və Kriştiano Ronaldo kimi superulduzlar heç vaxt bir mövsüm zəif olmadı. Təxminən 20 il yüksək səviyyədə çıxış edtilər və hələ də oynayırlar" - deyə Endi Koul bildirib.