Rəsul Çunayev: "Olimpiadaya qızıl medal üçün gəlmişdim"
"Olimpiadaya qızıl medal üçün gəlmişdim. Təəssüf ki, alınmadı. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Olimpiadasının bürünc mükafatçısı, güləşçimiz Rəsul Çunayev deyib.
Yarımfinal görüşü haqda təəssüratlarını bölüşən idmançımız, "Hamıdan çox qələbəni mən arzu edirdim. Ancaq qismət olmadı. Çəkimi azaltmağımın da buradakı çıxışıma mənfi təsiri oldu. Çoxdandır, 66 kq çəkidə yarışmırdım. Püşk də çətin idi. İlk mərhələlərdən güclü rəqiblərlə qarşılaşdım və çox enerji sərf etdim. Görüşlər arasında vaxt da az idi. Bu da dincəlməyə imkan vermirdi. Ən azından, bürün medal qazandım".
Qeyd edək ki, Rəsul Çunayev Rio-2016 Olimpiadasında Azərbaycanın aktivinə 5-ci medalı yazdırıb.
Səmayə Məmmədova
GİN-in mətbuat katibi