RFŞ - “Sabah” görüşünün hakimləri bilindi

Konfrans Liqasının II təsnifat mərhələsində Latviya klubu RFŞ-lə görüşəcək “Sabah”ın ilk oyununun hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, Yurmalada keçiriləcək oyun çexiyalı referilərə həvalə olunub. 

İyulun 26-da “Sloka” stadionunda təşkil ediləcək görüşdə ədaləti Yan Maxalek qoruyacaq. Adam Harak və Yan Vanya laynsman qismində iş başında olacaq. Görüşün dördüncü hakim funksiyasını isə Pavel Orel yerinə yetirəcək.

Qeyd edək ki, Latviyadakı ilk matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu komandalar arasında cavab qarşılaşması avqustun 3-də Bakıda olacaq.