Rio-2016: Cəmaləddin Məhəmmədov medalsız qaldı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə yenə sərbəst növdə mübarizə aparan idmançılar xalça üzərinə çıxıb.

125 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Cəmaləddin Məhəmmədov mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi Tervel İvaylov Dlaqnev (ABŞ) olub. Gərgin mübarizənin sonunda qələbəni təmin edən amerikalı güləşçi Olimpiadaya məğlubiyyətlə başlayıb. 

Rəqibi finala yüksələ bilmədiyində, Cəmaləddin Məhəmmədov təsəlliverici görüşlərə qatılmaq imkanını itirib.

Sərbəst güləş, 125 kq, 1/8 final

Cəmaləddin Məhəmmədov (AZE) 5
Tervel İvaylov Dlaqnev (USA) 6