Rio-2016: Cüdoçumuz Paralimpiadanı medalsız başa vurdu

Rio-2016 Yay Paralimpiya Oyunlarında cüdo yarışları davam edir. SportLine.az xəbər verir ki, Azərbaycan 100 kq-dək çəki dərəcəsində Kənan Abdullaxanlı ilə təmsil olunub.

Paralimpiadaya qələbə ilə başlayan cüdoçumuz 1/4 finalda məğlub olmaqla təsəlliverici görüşlərə qatılıb. Burada uğurlu çıxış edən Kənan Abdullaxanlı üçüncü yer uğrunda mübarizədə uduzmaqla Paralimpiadanı mükafatsız başa vurub:

10 sentyabr 2016
Rio-2016

Cüdo, (-100 kq), 1/8 final


Oleksandr Pominov 0 - 1 0 1 (Şido 1) Kənan Abdullaxanlı

1/4 final

Qvanqqeun Çoi 1 0 1 (Şido 2) - 0 Kənan Abdullaxanlı

Təsəlliverici görüş

Kənan Abdullaxanlı 0 (Şido 1) - 0 (Şido 2) Hamed Alizadeh (İran)

Kənan Abdullaxanlı 0 (Şido 1) - 1 (Şido 2) Şirin Şaripov (Özbəkistan)