Rio-2016: Azərbaycan 4-cü medalını qazandı
Rio-2016 Yay Olimpiya Oyunlarında kanoe sprint yarışları davam edir. Növbəti gündə 200 metr məsafəyə qadınların yarışında medallar sahibini tapıb. Bu növdəki təmsilçimiz - İnna Osipenko-Rodomska final yürüşünü həyata keçirib.
Ən güclülərin yer aldığı A qrupunda qərarlaşan təmsilçimiz 7 kayakçı ilə yarışıb. Finişə 3-cü çatan kayakçımız Azərbaycanın aktivinə 4-cü medalı yazdırıb.
Beləliklə, hazırda ölkəmizin hesabında 2 gümüş və 2 bürünc medal var.